
David Martinez Kimdir

Şəxsi Həyat
Mən David Martinez. 2006 -cı ilin 4 Aprelində Azerbaycanda anadan olmuşam burada yaşayıb kodlama ilə burada tanış olmuşam. Uşağlıqdan bəri texnologiya sahəsinə marağım olub və özümü bu sahədə tam hiss etmişəm. Hər kəs elə düşünür ki bu sahədə olan insanlar asosial olur, lakin mən düşünürəm ki istisnalardan biriyəm və insanlar ilə rahat bir şəkildə ünsiyyət qura bilirəm.
Necə Programçı oldum ?
Təbii ki bu hekayəni burada danışmasam olmazdı. Mən bu işin təhsilini professional olaraq hər hansısa bir kursdan və sair almamışam. Sırf öz marağım olduğu üçün bu sahədə özümü tapdım. Karantin vaxtı idi. Hər kəs evlərinə sığınmışdı. Məktəblər distant təhsilə keçmişdi. Günlərdən adi bir gün idi və mən televizora baxırdım. Birdən-birə bir nəfərin verlişdə kodlama haqqında danışdığını eşitdim və özüm-özümə dedim ki: Mən niyə kod yazmayım ki ?. Dərhal internetdə bu barədə axtarış etdim. Heç özümdə bilmədən HTML videolarına rast gəldim. Təsəvvür edin ki mən o vaxtı HTML-in nə olduğunu bilmirdim. Beləliklə birdə gördüm ki, mən artıq Web sahəsindəyəm. Öyrəndiyim bilginin, dillərin, texnologiyaların hamısını internetdən axtarıb araşdırıb öyrənmişəm. Təbii ki kurs ilə başlamaq çox daha yaxşıdır mütəxəssilər orada sizə kömək edir və nəticədə siz xətalar ilə vaxt itirməyib daha tez inkişaf etmiş olursunuz. Amma bu sahə həddən artıq çox sürətlə dəyişir və kimi zaman sizin 1 ay əvvəl istifadə etdiyiniz bilgi cari zaman üçün uyğun olmur. Yəni nə yolla olur olsun siz gərək özünüz-özünüzü öyrətməyi dərk edəsiniz. Mən bu bacarığı özümdə inkişaf etdirdiyim üçün bu sahədə qala bildim və bunu hər bir programçı bilməlidir.
Təhsil
Tam orta təhsilimi Abşeron Rayonu Qobu 2 saylı məktəbdə almışam. Bu məktəbdə çox gözəl xatirələr toplamışam.
Vərdiş və Maraqlar
Vərdişlərim arasında ilk yerdə təbii ki idman var. Sözün düzü mən onu artıq bir həyat stilinə çevirmişəm. Fərqli idman növləri yoxlamağı çox sevirəm. Çünki bu mənim üçün həm əyləncədir həm də sağlamlıq.
Bir digər maraq dairəm isə Kəpənək Bıçaq çevirməkdir. Nə vaxtdan başladığımı bilmirəm amma bu mənim üçün stress atmağın ən əla üsullarından biridir. Təbii ki mən istifadə etdiklərim sadəcə fırlatmaq məqsədi ilə hazırlanmış olanlardandır.
Maraq dairələrimdən bir digəri isə Meditasiyadır. Meditasiya etməmişdən qabaq bunun mənasız olduğunu hesab edirdim. Lakin meditasiya etdikdən sonra onun necə də gözəl olduğunun fərqinə vardım. Mənim üçün necə deyərlər yeniden başlatma düyməsi kimi bir vasitəyə çevrildi. Hal-hazırda isə bu üzrə olan bilik və bacarıqlarımı inkişaf etdirirəm.
İlham Mənbələri
Bu siyahının ilk başında mənim üçün İman Gadzhi durur. Ilk dəfə onu görəndə həqiqətən çox təəccüblənmişdim. Imza atdığı uğurlar və etdiyi işlər möhtəşəmdir. Mənim üçün bir digər Role Model isə Cristiano Ronaldo-dur. Bu insanın əzminə, bacarıqlarına ,mənəvi dəyərlərinə həmişə heyran olmuşam.
Məqsədlər
Hal-hazırda məqsədim hər gün özümə yeni bir şeylər qatmaq və həyat yolunda özümü inkişaf etməkdir. Bundan əlavə isə web sahəsində insanların həyatını asanlaşdıracaq, onların işinə yarayacaq web layihələr hazırlamaq planı siyahımda birinci yerdədir. Həmçinin Youtube hesabımda özünü inkişaf etdirmək istəyən insanlardan ibarət bir ailə yaratmaq məqsədim var.
Marağlı Faktlar
Haqqımda olan bəzi marağlı faktları sizinlə bölüşmək istəyirəm
- Ailəmlə vaxt keçirməyi çox sevirəm
- Məhsuldarlıq ilə bağlı olan şeylər maraq dairəmdədir
- Filmlərə baxmaq mənim üçün əvəzolunmazdır və hər həftə ən azı 1 filimə baxıram
- Boş vaxtlarımda sadəcə əyləncəli olsun deyə kiçik web programlar kodlayıram
- Hər hansı bir mövzunu hər hansı bir insana çox yaxşı izah edirəm və bildiyim şeyləri insanlar ilə paylaşmaqdan zövq alıram