David Martinez
David Martinez
David MartinezAug 19, 2024 4:12 AM

Kitabxanano2

Kitabxanano2

Kitabxanano2 - Virutal Kitabxana

Layihə Necə yarandı

Gəlin sizə ilk öncə bu layihənin ideyasının və özünün necə yarandığından danışım. Məktəbimizin kitabxanasına daxil oldum və oranın çox kiçik olduğunu hiss elədim. Öz-özlüyümdə düşünürdüm ki necə etmək olar ki böyük bir maddi büdcə sərf etmədən buranı daha geniş bir hala gətirmək olsun. Sonra isə buranın virutal halının hazırlana bilmə ehtimalı ağlıma gəldi. Rəhbərlik ilə bunu danışdım və onlar bu ideyanı çox bəyənib dəstəklədilər. Komandamı qurdum. 3 sinif yoldaşı olaraq bu işə başladıq. Yusif Aliyev, Ələkbərova Leyla və təbii ki mən. Beləliklə layihə bu cür ərsəyə gəldi.

Texnologiya Dəsti

  • Nextjs (Page Router)
  • Tailwindcss
  • React
  • Framer Motion
  • Lottie Files (Animation)

KitbxanaNo2 Necə İşləyir ?

Bu postu bura layihə hazırlandıqdan 1 il sonra əlavə etsəmdə komanda ilə birlikdə etdiyimiz şeylərin nə qədər gözəl olduğunun fərqinə yenidən vardım. Gəlin sizə layihənin necə işlədiyindən danışım. Şagirdlər platformdan qeydiyyatdan keçir və hər kəs 6 rəqəmli unikal kod (ID) sahibi olur. Qeydiyatdan sonra siz kitablara baxa və onları rezerv edə bilərsiniz. Hər şagird cari vaxt üçün 1 kitab rezerv edə bilər. Digər kitabı rezerv etmək üçün isə şagird əvvəlcə 1 ci kitabı geriyə qaytarmalıdr. Şagirdlər kitab Rezerv etdiyi zaman mövzu ilə əlaqəli mail kitabxanaçıya gəlir və o artıq hansı kitabları hazırlamalı olduğunu anlamış olur. Kitabxanaçı üçün kodlanmış xüsusi admin səhifəsi vasitəsilə o bütün istifadəçiləir görə, onların statuslarını idarə və sair kimi şeylər edə bilir. Kitab Rezerv etmə prosesini də bacardığımız qədər sadələşdirməyə çalışdıq. Kitabxanaya yaxınlaşıb rezerv etdiyiniz kitabı götürmək üçün ya ID-ni yaxud da QR kodu kitabxanaçıya təqdim etməyiniz kifayətdir. Bu Kitabxanano2 platofrmunun işləmə prinsipidir. Aşağıdakı linklərdən daha ətraflı məlumat əldə edə bilərsiniz.

Sayt Istifadə Videosu

Sayt Promotion Videosu

Dərin Təşəkkürlər

Layihə boyunca mənə dəstək olan iki dəyərli sinif yoldaşıma Yusif Və Leylaya dərindən təşəkkürümü bildirirəm. Bu Layihənin ortaya çıxmasında onlar mənə həddən artıq çox dəstək göstərdilər. Həmçinin Məktəb heyyəti və direktorumuz Xədicə xanıma da dəstəklərinə və layihəmizə göstərdikləri həssas diqqətə görə minnətdaram.